Sərnişin təyyarəsində dəhşət yaşandı
22 noyabr 2019 19:09 (UTC +04:00)

Sərnişin təyyarəsində dəhşət yaşandı

 


Qitələrarası uçuş üçün havaya qalxan və içərisində 360 nəfərin olduğu təyyarədə dəqiqələr sonra alov püskürməyə başlayıb. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, sərnişinlərdən biri yaşananları oturduğu yerdən çəkib. 

ABŞ-ın Los-Anceles hava limanından havaya qalxan təyyarədəki dəhşət həm içəridən, həm də çöldən çəkilib. 

Filippinin paytaxtı Manilaya getməyə hazırlaşan Boeing 777 təyyarəsi Los-Ancelesdən qalxdıqdan az sonra mühərrikində problem yaranıb. 

Sağ mühərrikdən alov çıxarkən sərnişinlərdən Valter Bauman əvvəlcə bunu Günəş işığı zənn edib: "Sonra səslər duymağa başladım, “gum, gum, dum”. Pəncərədən çölə baxanda alov topunu gördüm”. 

Andrev Ames isə hava limanı yaxınlığında maşını ilə irəliləyəndə gördüklərini kameraya çəkib: “Arxa tərəfdən alov püskürürdü. 20 saniyə sonra alov təkrarlandı, maşınımı saxladım”. 

342 sərnişini və 18 heyəti olan Filippin hava yollarına aid təyyarə geri dönüb və Los-Ancelesə təcili eniş edib. 

Hava limanının rəsmiləri təyyarədən çıxan alovların görüldüyünü və təcili eniş üçün göstəriş verildiyini açıqlayıb. Filippin hava yolları şirkətinin açıqlamasında isə təyyarədə heç kimin hər hansı bir sağlıq problemi ilə üzləşmədiyini bildirib. 

 

# 1708
avatar

Oxşar yazılar