Bakıda quş oğurlayan iki qardaş saxlanıldı
22 noyabr 2019 12:40 (UTC +04:00)

Bakıda quş oğurlayan iki qardaş saxlanıldı


Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilib.

 

# 963
avatar

Mehman Nəbiyev

Oxşar yazılar