Rumıniya millisinin baş məşqçisi istefa verdi
21 noyabr 2019 18:39 (UTC +04:00)

Rumıniya millisinin baş məşqçisi istefa verdi

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, 43 yaşlı məşqçi Avropa Çempionatının seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.

# 1590
avatar

Oxşar yazılar