İzzət 25 il küsülü olduğu bu məşhura nələr dedi? - FOTO
20 noyabr 2019 10:30 (UTC +04:00)

İzzət 25 il küsülü olduğu bu məşhura nələr dedi? - FOTO

Müğənni İzzət Bağırzadə 25 ildir küsülü olduğu Əməkdar artist Qorxmaz Əlili barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Ay zaur" verilişində 61 yaşlı aktyorun adını çəkmədən onunla küsülülüyü barədə bu sözləri deyib:

“Məndə elə ürək yoxdur ki, kimisə silim. Silməyi bacaran insan deyiləm. Barışıb-barışmayacağımız qismət işidir. O ad alanda, Allaha and olsun, sevindim. Əməkdar artist oldu, zəng edib təbrik etmədim. Amma bu fəxri ada layiq idi”.  

Qeyd edək ki, Q.Əlili bu ilin iyul ayında Əməkdar artist fəxri adına layiq görülüb. Aktyor açıqlamasında bildirmişdi ki, İ.Bağırzadənin sənətə gəlməsində, tanınmasında xüsusi əməyi olub.  

 

# 3054
avatar

Yalçın UĞUR

Oxşar yazılar