Ayaz Mirzəyev Nazirlər Kabinetindən getdi
19 noyabr 2019 12:28 (UTC +04:00)

Ayaz Mirzəyev Nazirlər Kabinetindən getdi

"Bu gündən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım".

Lent.az məlumat verir ki, bu barədə tanınmış jurnalist Ayaz Mirzəyevin özü sosial şəbəkə hesabında yazıb:

"Bu müddətdə fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.

Eyni zamanda, bu müddətdə mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm".

Xatırladaq ki, Ayaz Mirzəyev 2019-cu il aprelin 18-də Nazirlər Kabinetinə mətbuat xidmətinin rəhbəri təyin edilib, bununla bağlı müvafiq əmri keçmiş baş nazir Novruz Məmmədov imzalamışdı.

 

# 2181
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar