Gələn ildən bu rayonda "QAZ" avtomobil zavodu işə düşəcək
18 noyabr 2019 16:37 (UTC +04:00)

Gələn ildən bu rayonda "QAZ" avtomobil zavodu işə düşəcək

 

Gələn ildən etibarən Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı "QAZ" avtomobillərinin istehsalı zavodu fəaliyyətə başlayacaq.

Bunu "APA-Economics"ə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir və bir çox inşaat işləri artıq yerinə yetirilib.

Qeyd edək ki, zavodun təməli bu ilin fevralın 9-da qoyulub. Layihə Azərbaycanın “Azərmaş” və Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə icra olunur. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 mln. manat təşkil edir.

Xatırladaq ki, zavodun illik istehsal gücü 1 000 avtomobil təşkil edəcək. Müəssisədə “QAZel”, “QAZel Biznes”, “QAZel Next” avtomobil modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.

# 1270
avatar

Oxşar yazılar