323
13:27
18 Noyabr 2019

İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib

İranda benzinin bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilib və bu məhdudiyyət hələ də davam edir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunub və bu barədə bütün internet provayderlərinə göstəriş verilib.

Məhdudiyyətin nə zaman aradan qaldırılacağı haqda məlumat verilmir.

Qeyd edək ki, hazırda xüsusi məkanlarda, o cümlədən qəzet və xəbər saytlarının redaksiyalarında internetə məhdudiyyət tətbiq olunmur.