Həmkəndlisini ölümlə hədələyən saxlanıldı
18 noyabr 2019 12:40 (UTC +04:00)

Həmkəndlisini ölümlə hədələyən saxlanıldı

Ağcabədi sakinindən ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ağcabədi rayonu, Təzəkənd kənd sakini D.Ağayev rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalovun ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələdiyini bildirb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

# 879
avatar

Mehman Nəbiyev

Oxşar yazılar