Bakıda daha bir qeyri-adi əməliyyat keçirildi
18 noyabr 2019 11:02 (UTC +04:00)

Bakıda daha bir qeyri-adi əməliyyat keçirildi

Damar malformasiyası olan 26 yaşlı pasiyent Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doğuşdan üzünün sağ tərəfində mövcud, lakin son illərdə böyüyərək üzündə asimmetriya, rəng dəyişikliyi və şiddətli ağrıya səbəb olan bərk şişlik səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstədə Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, prof. Ahmet Memiş tərəfindən edilən Rəngli Doppler USM, MRT və angioqrafiya müayinələri sonrası “doğuşdan anormal qan-damar yumağı törəməsi olan Arteriovenoz malformasiya” diaqnozu qoyulub.

Əvvəlcə prof. Ahmet Memiş tərəfindən bud arteriyasından girilərək angioqrafiya – qan damarların rentgenoloji müayinəsi sayəsində malformasiyanın qidalandırıcı arteriyaları embolizasiya üsulu ilə bağlanılıb və “qansızlaşdırma” təmin edilib. Növbəti gündə cərrah Ruslan Rəhimov tərəfindən malformasiya qansız əməliyyatla tam olaraq xaric edilib.

İçərisində çox sürətli qan axımı olan çox sayda arteriya və venalardan yaranmış, əməliyyatda qanaxma riski çox yüksək olduğundan tamamilə çıxarıla bilməyən damar malformasiyaları bu səbəbdən əksər xəstələrdə əməliyyatdan sonra təkrar və daha aqressiv böyüyürlər. Belə uğursuzluqla qarşılaşmamaq üçün xəstəyə multidissiplinar yanaşma tətbiq olunub.

Prof. Ahmet Memiş vurğulayıb ki, fərqli ixtisas sahələrindəki həkimlərin kompleks-ağır patologiyalarda birlikdə müalicə-əməliyyat yanaşması ən uğurlu nəticəni almaq üçün çox vacibdir və “SOLO” işləmək ağır xəstəliklərin müalicəsində uğursuzluğu artıran ən önəmli səbəbdir.

# 1310
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar