"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda - BU GÜNDƏN
18 noyabr 2019 10:30 (UTC +04:00)

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışda - BU GÜNDƏN

"Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si, saat 21:55-də Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Lent.az-ın məlumatına görə, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50  və 75 AZN-dir.

Biletləri “Park Bulvar”dakı “Qarabağ FK” fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik Mall və 28 Mallda “iTicket” satış məntəqələrindən, “ASAN Sumqayıt” və onlayn olaraq iticket.az-dan almaq mümkündür.

# 1109
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar