Tramp Fransa prezidenti ilə İrandan danışdı
18 noyabr 2019 08:33 (UTC +04:00)

Tramp Fransa prezidenti ilə İrandan danışdı

 


ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, danışıqlar zamanı Suriya və İranda baş verən hadisələr, habelə dekabrın əvvəlində Londonda keçiriləcək NATO sammiti müzakirə edilib. 

Ağ Evin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, iki ölkə lideri İran və Suriya ilə bağlı gələcək addımlardan, həmçinin NATO liderlərinin Londonda qarşıdakı görüşündən danışılıb.

Qeyd edək ki, Şimali Atlantika Alyansı Sammiti 3-4 dekabr tarixlərində Londonda keçiriləcək.

# 782
avatar

Oxşar yazılar