Belarusda parlament seçkiləri yekunlaşıb
18 noyabr 2019 00:08 (UTC +04:00)

Belarusda parlament seçkiləri yekunlaşıb

 


“Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilər bütün seçki dairələr üzrə başa çatıb. Qanunverici orqanın 110 deputatı seçilib”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina açıqlayıb.


Bildirilib ki, seçicilərin fəallığı 70,72 faiz olub. 

Qeyd edək ki, Belarus MSK-da qeydə alınan 560 namizəddən 513-ü parlamentdəki yerlərə iddia edib. 6,8 milyondan çox seçici səs verib. Seçkini 1000-dən çox beynəlxalq müşahidəçi izləyib.

# 1080
avatar

Oxşar yazılar