Boliviyanın Koçabamba şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 9 nəfərə çatıb
17 noyabr 2019 08:41 (UTC +04:00)

Boliviyanın Koçabamba şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 9 nəfərə çatıb

 

Boliviyanın Koçabamba şəhərində etiraz aksiyaları zamanı polislərlə toqquşmalarda 3 nəfər ağır xəsarətlər səbəbindən ölüb, daha bir nəfərə isə beyin ölümü diaqnozu qoyulub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu İnsan Haqları üzrə Müvəkkil Aparatının regional nümayəndəsi Nelson Koks bildirib.

“Bizim 9 qardaşımız ölüb, daha ikisi ağır vəziyyətdədir”, - Koks belə deyib.

Hərbçilər və polislərlə qarşıdurmalar zamanı azı 115 nəfər yaralanıb. Hərbçilər və polislər sabiq prezident Evo Moralesin tərəfdarlarını şəhərə buraxmayıb, təxminən 170 nəfər saxlanılıb. Rəsmilərin məlumatına görə, nümayişçilərdən odlu silah və partlayıcılar götürülüb.

# 895
avatar

Oxşar yazılar