Kişi boşanmaq istəyən arvadını öldürdü: Gəncədəki qətlin TƏFƏRRÜATI
16 noyabr 2019 10:39 (UTC +04:00)

Kişi boşanmaq istəyən arvadını öldürdü: Gəncədəki qətlin TƏFƏRRÜATI

Gəncədə qadının ərinin qətlə yetirməsi ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, dünən gecə saatlarında Salyan rayon sakini, 33 yaşlı Zaur Orucov arvadı Nuranə Orucovanın yaşadığı mənzilin yataq otağının pəncərəsindən daxil olaraq qadının ondan boşanmaq istəməsi səbəbindən üstündə gətirdiyi bıçaqla 8 zərbə vurub. Qadın Gəncə şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

# 2103
avatar

Oxşar yazılar