Messi 4 aydan sonra milliyə qayıtdı, qol vurdu və…
16 noyabr 2019 09:37 (UTC +04:00)

Messi 4 aydan sonra milliyə qayıtdı, qol vurdu və…

 

Argentina millisi Braziliya ilə yoldaşlıq oyununda 1:0 hesabı ilə qalib gəlib. 

Lent.az xarici KİV_ə istinadla xəbər verir ki, oyunda yeganə qolu 13-cü dəqiqədə “Barselona”nın hücumçusu Lionel Messi vurub. Əlavə edək ki, 10-cu dəqiqədə Braziliya millisinin hücumçusu Qabriel Jezus onbirmetrlikdən yararlana bilməyib. Üstündən 3 dəqiqə keçəndən sonra Lionel Messi də onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. 

Qeyd edək ki, Messi son 4 ayda ilk dəfə milli komandanın heyətində oyuna çıxıb. 32 yaşlı hücumçu sonuncu dəfə iyulun 6-da Amerika Kubokunda 3-cü yer uğrunda Çiliyə qarşı oyunda (2:1) Argentina millisinin heyətində oynamışdı.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695

Oxşar yazılar