Almaniyadan geri qaytarılan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI  - YENİLƏNİB
15 noyabr 2019 12:09 (UTC +04:00)

Almaniyadan geri qaytarılan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI - YENİLƏNİB

"Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşı evlərinə yola salınıb".

Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elnur Kələndərov deyib.

 O, həmin şəxslərin hamısının evlərinə getdiyini bildirib.

 

***

11.55

 

Almaniyadan Azərbaycana 61 nəfər Azərbaycan vətəndaşı geri qaytarılıb.

Bu barədə Lent.az-a məlumat Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən verilib.

Bildirilir ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onların 22 nəfəri kişi, 18-si qadın, 21-i uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşlarını Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb.

 

 

# 2484
avatar

Aygün İbrahimli

Oxşar yazılar