942
09:29
15 Noyabr 2019

Aygün Kazımova: “Mənim sənə ehtiyacım var” - VİDEO

Xalq artisti Aygün Kazımova bir neçə gündür anons etdiyi yeni klipini pərəstişkarlarının ixtiyarına verib.

“Ehtiyacım var” adlı mahnının ekran həlli rejissor Elman Bayramova həvalə edilib.

Mahnının sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova aiddir.

Amerikada lentə alınan ekran işi artıq Kazımovanın “Youtube” kanalında yerləşdirilib.

Maraqlısı isə odur ku, Aygünün tərəf müqabili modelyer Rüfət İsmayıldır.

(Axşam.az)