Azərbaycanda pul üstündə QAN TÖKÜLDÜ: xəstəxanaya çatmamış...
15 noyabr 2019 09:01 (UTC +04:00)

Azərbaycanda pul üstündə QAN TÖKÜLDÜ: xəstəxanaya çatmamış...

Balakəndə pul üstündə kəndçilər arasında baş verən dava ölümlə nəticələnib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hənifə kəndində baş verib.

Kənd sakinləri, 1994-cü il təvəllüdlü Elvin Eynulla oğlu Balayev və Zaur Şamil oğlu Layıcov arasında pul üstündə mübahisə düşüb. Davaya çevrilən mübahisə zamanı Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib. Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan Z.Layıcov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.

# 1463
avatar

Oxşar yazılar