Hündürlükdən yıxılan şəhər sakininin başı əzildi
14 noyabr 2019 00:46 (UTC +04:00)

Hündürlükdən yıxılan şəhər sakininin başı əzildi

 


Mövsümi budama işləri üçün üzüm çardağına çıxan Mingəçevir sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Kür küçəsində baş verib.

İlkin məlumata görə, müvazinətini itirərək yerə çırpılan 1957-ci il
təvəllüdlü Adıgözəlov Əsəd İsmayıl oğlu baş və çiyin nahiyəsindən ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

# 1222
avatar

Oxşar yazılar