455
19:18
13 Noyabr 2019

5G şəbəkəsində 10-dan çox boşluq aşkarlandı


5-ci nəsil mobil şəbəkələrinin yüksək təhlükəsizlik ilə təmin olunmalarına baxmayaraq mütəxəssislər yeni şəbəkə standartında boşluqları aşkar ediblər.

Lent.az "technote"a istinadla xəbər verir ki, ABŞ-dakı iki universitetdən olan mütəxəssislər 5G şəbəkələrinin texnoloji çatışmazlıqlarından istifadə edərək istifadəçilərin mobil cihazlarına uğurlu kiberhücumlar reallaşdıra biliblər.

5G şəbəkəsinin test olunması zamanı mütəxəssislər əlaqə protokollarında 12 ədəd boşluq aşkar ediblər.

Həmin boşluqların köməkliyi ilə mütəxəssislər abonentlərin yerləşdikləri yerləri təyin edə, onlara saxta SOS bildirişlərini göndərə və onların cihazlarını ümumiyyətlə şəbəkədən deaktiv edə biliblər. Baxmayaraq ki, 5G şəbəkəsinə yüksək keyfiyyətli təhlükəsizlik tədbirləri tələb olunur və yeni standartın inteqrasiya edilməsindən öncə o, sərt sertifikatlaşdırmadan keçir, mütəxəssislər qeyd ediblər ki, yeni şəbəkə standartının boşluqları idarə olunmurlar.

Bununla yanaşı mütəxəssislər qeyd ediblər ki, sertifikatlaşdırma zamanı yalnız baza səviyyəli testlər keçirilir. Onlar isə yalnız şəbəkə standartının ilkin təhlükəsizlik səviyyəsinə aiddirlər. Bu problemlər 5G şəbəkəsinin qloballaşmasından sonra da olduğu kimi qala bilərlər. 5G standartını sertifikatlaşdırmadan keçirtmiş nizamlayıcı orqanlar isə hesabatda qeyd edilmiş boşluqları əsassız adlandırıblar.