Cənubi Koreya millisinin məşqçisi ölüm təhdidləri  üzündən üzünü gizlətdi - VİDEO
01 iyul 2026 15:39 (UTC +04:00)

Cənubi Koreya millisinin məşqçisi ölüm təhdidləri üzündən üzünü gizlətdi - VİDEO

0

2026-cı il Dünya çempionatında uğursuz çıxış edən Cənubi Koreya milli komandasının vətənə qayıdışı böyük qalmaqalla müşayiət olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, azarkeşlərin qəzəbi səbəbindən hüquq-mühafizə orqanları komandanın təhlükəsizliyi üçün tədbirlər görüb.

South Korea manager Hong Myung-bo has stepped down - but faces a threat to his life

İnçon hava limanına Dünya çempionatından qayıdan futbolçuları qorumaq məqsədilə 160 polis əməkdaşı cəlb edilib. Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb azarkeşlərin komandanın baş məşqçisi Hon Myonq-bo ünvanına səsləndirdiyi ölüm hədələri olub.

Vəziyyət o həddə çatıb ki, bəzi media orqanları məşqçinin təhlükəsizliyi naminə onun üzünü görüntülərdə bulanıq göstərməyə başlayıb. Baş məşqçi isə Cənubi Koreya millisinin Meksika, Cənubi Afrika Respublikası və Çexiya ilə eyni qrupda yalnız üçüncü yeri tutaraq turnirlə erkən vidalaşmasından sonra istefa verdiyini açıqlayıb.

Qalmaqal sosial şəbəkələrdə yayılan bir paylaşımın ardından daha da böyüyüb. Özünü ABŞ vətəndaşı kimi təqdim edən istifadəçi məşqçini komanda hava limanına enən kimi öldürəcəyini yazıb.

Hong's methods did not get across to his players - and South Korea hugely disappointed

Bundan sonra Cənubi Koreya polisi dərhal cinayət işi başladıb və həmin şəxsin axtarışına çıxıb. Hüquq-mühafizə orqanları hava limanına  25 xüsusi təyinatlı göndərməklə kifayətlənməyib, həm də məşqçinin yaxın günlərdə olacağı bütün məkanlarda gücləndirilmiş mühafizə təşkil edib.

Polis bildirib ki, futbol meydanındakı uğursuzluğun real həyatda faciəyə çevrilməsinə imkan verilməyəcək və təhdidlər səsləndirən şəxslərə qarşı ən sərt tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar