Samuxda avtomobil çaya düşdü,  hərbçi boğuldu - YENİLƏNİB
01 iyul 2026 22:43 (UTC +04:00)

Samuxda avtomobil çaya düşdü, hərbçi boğuldu - YENİLƏNİB

0

Samux rayonunda avtomobillə çaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ölüb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 1-də Samux rayonu ərazisində Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun idarə etdiyi avtomobil sürüşərək çay yatağına düşüb.

Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Nəticədə hərbi qulluqçunun nəşi aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, səbir diləyib.

***
Saat 22:10

Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı Füzuli sakini – 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

***
19:06

Samuxda "MAZ" çaya aşıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar