Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib
13 noyabr 2019 09:11 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin dəhlizində 1 ədəd dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1022
avatar

Oxşar yazılar