İran vətəndaşı sərhəddə narkotiklə saxlanıldı
12 noyabr 2019 15:29 (UTC +04:00)

İran vətəndaşı sərhəddə narkotiklə saxlanıldı

Azərbaycan gömrükçüləri narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz oğlu saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. 

Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyat hissələrinin hər birinin daxilindəki boşluqda, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 875
avatar

Mehman Nəbiyev

Oxşar yazılar