Talış bölgəsində insanların uzunömürlüyü araşdırılıb
12 noyabr 2019 15:23 (UTC +04:00)

Talış bölgəsində insanların uzunömürlüyü araşdırılıb

Azərbaycanın Talış bölgəsində insanların həyat keyfiyyəti və uzunömürlüyü tədqiq olunub.

Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, Geologiya və Geofizika (GGİ) və Fiziologiya institutlarının alimlərinin birgə iştirakı ilə “Azərbaycanda daha yüksək təbii radiasiya fonları olan ərazilərdə həyat keyfiyyətinin və əhalinin uzunömürlüyünün tədqiqi” mövzusunda layihə həyata keçirilib.

GGİ-ni şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyevin rəhbərlik etdiyi layihədə məqsəd Talış bölgəsində ətraf mühitin yüksək radiasiya fonu olan ərazilərində yaşayan insanların həyat keyfiyyətinin və əhalinin uzunömürlüyünün tədqiqi olub. Layihənin tələblərinə uyğun olaraq Talış bölgəsində müvafiq işlər həyata keçirilib. Həmçinin əhalinin ağciyər xərçəngi xəstəliyi və radonun paylanması arasındakı əlaqənin təhlili, radiometrik, biomedikal və tibbi-sosioloji tədqiqatlar aparılıb, hər bir xüsusi hal üçün metod və üsullar hazırlanıb.

Əldə edilən nəticələr böyük fundamental və sosial təsirə malikdir və insan bədəninin real həyat şəraitinə uyğunlaşmaq qabiliyyətinə, insan həyatının ekoloji şəraitə nəzarətini düzgün təşkil etməyə və radiasiyanın törətdiyi xəstəliklərin qarşısını almağa kömək edəcək.

 

 

 

# 1382
avatar

Aygün İbrahimli

Oxşar yazılar