Hava şəraiti dəyişir?  - PROQNOZ
11 noyabr 2019 12:47 (UTC +04:00)

Hava şəraiti dəyişir? - PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək.

 

# 2562
avatar

Oxşar yazılar