4 nəfər dəm qazından zəhərləndi - RƏSMİ
11 noyabr 2019 12:54 (UTC +04:00)

4 nəfər dəm qazından zəhərləndi - RƏSMİ

Ötən gün ərzində 12 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Lent.az-a toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, ötən gün ərzində 4 nəfər dəm qazından, 2 nəfər də dərmanların əks reaksiyasından zəhərlənmə ilə müraciət ediblər. Bundan əlavə 6 nəfər də sərxoş halda toksikologiya şöbəsinə gəlib və ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

# 888
avatar

Mehman Nəbiyev

Oxşar yazılar