771
14:31
07 Noyabr 2019

"1 milyon 300 min real izləyicim var, fəxr edirəm" - Sevda

Müğənni Sevda Yahyayeva sosial şəbəkədə yazılan tənqidi mesajlardan söz açıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Şou news" verilişində bu sözləri deyib:

"Bəzən görürəm ki, həmkarlarıma da başqa sözlər yazırlar. Kimisə təhqir etmək olmaz. Bir insanı sevirsənsə, onu izləyirsən. Sevmirsənsə, niyə izləyirsən? Bir-birimizi qırmayaq, təhqir etməyək. Bəzən xoşagəlməyən nəsə yazırlar, qəsdən məni qıcıqlandırmaq istəyirlər, cavab vermirəm və "blok" edirəm. Kimi bəyənirəmsə, onu izləyirəm.

1 milyon 300 minə yaxın real izləyicim var. Fəxr edirəm bununla. Bu qədər insan özü mənim profilimə abunə olub. Pulla izləyici artıranlara münasibətim yaxşı deyil. Amma qınamıram, hər kəsə o sevgini arzu edirəm".