Bütün gecəni kömpüterdə oynayan yeniyetmə öldü
06 noyabr 2019 19:17 (UTC +04:00)

Bütün gecəni kömpüterdə oynayan yeniyetmə öldü

 


Tailandın Udonthkani şəhərindən olan yeniyetmə bütün gecəni kompüterdə onlayn-oyun oynadıqdan sonra ölüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 17 yaşlı Plyavat Xarikin tətildə olarnda bütün boş vaxtını kompüterdə oynamaqla keçirib. O, gündüz və gecə monitor qarşısında keçirib, onlayn-oyunlardan istifadə edib. Valideynləri onun otağına yemək aparıb düşünməsini xahiş ediblər, ancaq yeniyetmə onlara qulaq asmayıb və oynamağı davam etdirib. 

Oğlanın atası Caranvit hava qüvvələrinin zabitidir, o, yataq otağına girəndə onun kompüter kürsüsündən yıxılıb sistem blokunun yanında uzandığını görüb. Kişi oğlunu oyatmağa çalışıb, lakin onun öldüyünü anlayıb. Sonradan həkimlər Xarikini yoxlayanda onun gecələri kompüter qarşısında keçirdiyinə görə iflicdən öldüyünü müəyyən ediblər.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201

Oxşar yazılar