491
12:29
06 Noyabr 2019

Azər Qasımlı istefasının səbəbini AÇIQLADI

"İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın".

APA -nın məlumatına görə, bu sözləri ReAL Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, ReAL-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib.

"Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaqdı, iki ReAL yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb.

O, İ. Məmmədovun ReAL-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb".

A.Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.

İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.