Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadədən ayrılıb.
Lent.az-ın məlumatına görə, söz ustası bu barədə “Hər şey daxil”də bildirib: “Mən heç bir zaman bir insandan səbəbsiz yerə kənarlaşmaram. Mənə qardaş qədər yaxın olan dostumun toyu idi, Türkanı çağırdım, gəlmədi. Mən də buna görə ona uğurlar arzu elədim. Ayrılığa səbəb budur”.
Qeyd edək ki, P.Bülbülə Türkandan öncə Damla ilə duet ortağı olub. Meyxanaçı bu yaxınlarda Damla ilə barışıb.