
Bakıdakı festivalda 21 ölkədən 48 film yarışacaq

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Lent.az xəbər verir ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.
Beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarət olacaq. Festivalın baş mükafatı "Qızıl nar" uğrunda 21 ölkədən 48 filmi yarışacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.
Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.
Filmlər noyabrın 6,7,8,9-da saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.
Festivalın bağlanış-mükafatlandırma mərasimi isə noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Ramilə Qurbanlı
Oxşar yazılar

“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00
Əməkdar artist koronavirusdan vəfat etdi
13 yanvar 2021 , 19:21