411
19:57
04 Noyabr 2019

TEXNOLOGİYA: bu robotlar astronavtlara kömək edəcək

“OffWorld” şirkəti tərəfindən işlənib hazırlanmış "ağıllı" robotlar astronavtlara kömək edəcəklər. Məlumat verilir ki, bu robotlar istənilən şəraitdə fəaliyyət göstərə, həmçinin bir sıra elmi məsələləri yerinə yetirə bilirlər, məişət işlərində faydalı ola bilərlər.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, hazırda şirkət artıq yerüstü robotların işlənib hazırlanması üçün müxtəlif sifarişlər alıb. Belə robotlar, məsələn, insan üçün təhlükəli hesab edilən işlərlə (məsələn, dağ-mədən işləri) məşğul ola bilərlər". Biz robotları şaxta, tikinti meydançası, tunel və başqa infrastruktur obyektlərində tətbiq etməklə onların bacarıqlarını təkmilləşdiririk" – “OffWorld” şirkətinin direktoru Cim Keraval deyib.

Keraval hesab edir ki, növbəti robot hazırlamaları NASA astronavtları üçün Ayın səthinə enməni nəzərdə tutan missiyada faydalı ola bilər.