367
11:50
04 Noyabr 2019

Yoldan çıxan "Tayota" aşaraq yararsız hala düşdü - FOTO

Bakıda-Qazax yolunda avtomobil aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Ucar sakini, 1986-cı il təvəllüdlü Qurbanov Vüsal Əkbər oğlunun idarə etdiyi "Tayota" markalı avtomobil yoşdan çıxaraq aşıb. Nəticədə xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.