Suriyada növbəti terror: ölənlər var
02 noyabr 2019 18:01 (UTC +04:00)

Suriyada növbəti terror: ölənlər var

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində terror aktı törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Təl Abyad şəhərində bazarda törədilən partlayış nəticəsində ən azı on mülki vətəndaş həlak olub. 

Ölənlər arasında uşaqların olduğu qeyd olunur. 

Yaralılar Şanlıurfa vilayətinin Akçakale rayonundakı xəstəxanlara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir. 

Bölgədəki Suriya Milli Ordusunun (SMO) əsgərləri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar