Keçmiş icra başçısına vəzifə verildi
02 noyabr 2019 11:57 (UTC +04:00)

Keçmiş icra başçısına vəzifə verildi

Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2047

Oxşar yazılar