Sabahın hava PROQNOZU

Şənbə gününün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 7-12, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəldikdə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Aygün İbrahimli
Oxşar yazılar

Balaca Aylanın vəziyyəti yenə pisləşdi – YARDIM EDƏK
25 yanvar 2021 , 18:45
Koronavirus statistikası: 57 nəfər yoluxdu, 273 nəfər sağaldı, 11 nəfər öldü
25 yanvar 2021 , 18:31
FHN-dən bu ərazilərə gedənlərə və yaşayanlara MÜRACİƏT
25 yanvar 2021 , 16:33
"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO
25 yanvar 2021 , 16:11
Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 , 14:46
Azərbaycana növbəti peyvəndin gətiriləcəyi tarix AÇIQLANDI
25 yanvar 2021 , 13:12
Sabahın HAVA PROQNOZU
25 yanvar 2021 , 12:54
Yusif, Əli, Zəhra, Zeynəb... - Azərbaycanda uşaqlara ən çox verilən ADLAR
25 yanvar 2021 , 12:21