"Azəriqaz"ın rəhbəri işdən çıxarıldı - <span style="color:red;">YENİLƏNİB
01 noyabr 2019 12:35 (UTC +04:00)

"Azəriqaz"ın rəhbəri işdən çıxarıldı - YENİLƏNİB

SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.
 
Qurumdan Lent.az-a verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:
 
Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;
 
Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;
 
Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;
 
Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;
 
Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. 
 
***
 
11:50
 
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri tutduğu vəzifədən azad olunub.
 
 
"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. "Azəriqaz"ın baş direktoru vəzifəsinə İB-nin baş direktorunun müavini Ruslan Əliyev təyin olunub.
 
İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə Qaz İxrac İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

# 3202
avatar

Oxşar yazılar