Tacir keçmiş sevgilisi Fədayədən danışdı: <span style="color:red;">"Başı daşa dəydi"
28 oktyabr 2019 15:16 (UTC +04:00)

Tacir keçmiş sevgilisi Fədayədən danışdı: "Başı daşa dəydi"

"Fədayə Laçın həbsdən çıxandan sonra gedib onu görəcəm”.

Lent.az-ın məlumatına görə, bu sözləri “Evdəkilərə salam” verilişində müğənni Tacir Şahmalıoğlu deyib. O bildirib ki, sabah azadlığa çıxacaq həmkarını ziyarət etməyə gedəcək:

"Niyə duetlərimizi davam etdirməyək? Fədayənin başı daşa dəydi, köhnə səhvləri yenə də təkrarlamaz. Onun kimi oxuyan yoxdur. Elə bir məlahətdə, səsdə olanlar azdır. Tamaşaçılar da bizim duetə sevinər".

Qeyd edək ki, T.Şahmalıoğlu F.Laçınla duet ortağı olmaqla yanaşı, uzun illər sevgili olduğunu da deyib.

 

 

# 2009
avatar

Yalçın UĞUR

Oxşar yazılar