

Bakıda ödəmə terminalları problemi: çıxış yolu göstərildi - RƏSMİ
Bakının ictimai nəqliyyatında tətbiq edilən vahid kart ("BakıKart") ödəmə terminalları ilə bağlı sakinlər problemlərlə qarşılaşa bilirlər. Bəzən sözügedən terminallardan istifadə etmək mümkünsüz olur və ya terminal sayı sərnişinlərin sayı ilə adekvat olmadığından sıxlıq yaşanır.
Bundan başqa, hazırda paytaxtda olan dayanacaqların hamısında ödəmə terminalı quraşdırılmayıb, bu səbəbdən də sərnişinlər pul yükləmək üçün digər terminallara (uzaq məsafədə olan) üz tuturlar.
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaqlarında, eləcə də metrostansiyalarda ödəmə terminallarının sayı artırılacaq:

“Vətəndaşların kartın balansını rahat artırması üçün İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) imkanlarından geniş istifadə ediləcək və "online" sistem işə salınacaq”.
M.Ağayev onu da qeyd edib ki, 2020-ci ilin birinci yarısınadək sözügedən prosesin yekunlaşması nəzərdə tutulub.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56