
Putin Qoşulmama Hərəkatının Zirvə Görüşü iştirakçılarını təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Bakıda öz işinə başlamış Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı Moskvanın ədalətli çoxqütblü dünya nizamının qurulmasına, hamı tərəfindən tanınmış hüquq normaları və tərəfdaşların qanuni hüquqlarının tanınmasına əsaslanan bərabərhüquqlu beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına yönəlmiş Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini bildirib.
V.Putin qeyd edib ki, Zirvə Görüşü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın bir sıra regionlarında silahlı münaqişələrin alovlandığı və bunun da bir çox problemi, o cümlədən yoxsulluq və aclıqla mübarizəni əngəllədiyi vaxtda keçirilir. O, əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında gələcək əməkdaşlıq regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Oxşar yazılar

Suriya prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35