
Alkoqolizmin müalicəsi necə aparılır? - MÜSAHİBƏ - VİDEO
“Müasir dünyada, sivil ölkələrdə, ABŞ-da, Avropada alkoqola qarşı müalicə, qəbul edilən dərmanlar ondan tam imtinanı nəzərdə tutmur”.
Bunu e-tibb.az-a video müsahibəsində Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalen deyib.
Onun sözlərinə görə, bu, sadəcə olaraq, içkini mədəni şəkildə qəbul etməyi özündə ehtiva edir: “Yüngül spirtli içkilər, məsələn, az miqdarda çaxır, likör içib xüsusi dərmanları qəbul edəndə onlar beyində doymaq hissi yaradır. Bu halda çox içmək tələbatı olmur. Bu gün sivil dünyada bu yol qəbul edilir, məcburi müalicə nəzərdə tutulmur. Biz də son zamanlar bu yolun, könüllü müalicənin tərəfdarıyıq. Ümumiyyətlə, müalicə könüllü olmalıdır. İnsan nə qədər könüllü olsa, müalicə bir o qədər effektli olacaq”.
Mütəxəssis bildirib ki, alkoqol asılılığından uzaqlaşmaq narkomaniya ilə müqayisədə daha rahatdır.
Bundan başqa, alkoqoldan istifadə nə qədər aşağı yaşlarda başlasa, nəticələr bir o qədər ağır olur. Alkoqola meyl, asılılıq yaranması təkcə ətraf mühit, psixoloji amil yox, həm də insanın bioloji sistemindən, fermentlərindən asılıdır.
Mərkəz direktoru onu da deyib ki, son zamanlar bəzən spirtli içkilərin xeyrindən bəhs olunur: “Bu, düzgün deyil. Məsələn, deyirlər ki, gündə 50 qram içki içmək infarktdan qoruyacaq. Siz harada elə bir insan görmüsüz ki, 50 qram araq, yarım bokal çaxır içib dayansın? Bu, nadir halda ola bilər. Bunu desək düzgün anlaşılmayacaq və çoxları bunu əlində bayraq edib içməyə başlayacaq. Ona görə də yaxşı spirtli içki yoxdur, bütün spirtli içkilər ziyanlıdır.
Eləcə də evdə hazırlanan spirtli içkilərin faydalı olduğunu deyirlər, inanmayın. Evdə hazırlanan içkilərdə olan zəhərli maddələr zavod şəraitində hazırlanan içkilərdən daha çoxdur, onlar daha ziyanlıdır. Bunu içənlərdə xəstəliklər daha tez üzə çıxır”.
Son zamanlar energetik içkilərdən geniş istifadə edilməsi hallarına münasibət bildirən Araz Manuçeri Lalen deyib ki, əslində energetik içkilərin yorğunluğu aradan qaldırmaq üçün qısamüddətli istifadəsi normaldır: “Amma energetik içkiləri hər gün 6-7 banka qəbul edəndə bu gələcəkdə narkotik maddələrə meyli artıracaq. Onun tərkibində olan psixi stimulyatorlar gec-tez asılılıq yaradacaq. Əvvəl bir banka ilə kifayətlənən insana 2, 3, 4-cü banka az edir. Çünki qəbul edilən miqdar təsir etmir deyə əlavə təsir edən axtaracaq. Bu zaman hansısa aktivləşdirici psixi stimulyatora müraciət edəcəklər. Bəzən isə arağa energetik içki qatıb içirlər. Bu, çox acınacaqlıdır və çox ağır fəsadlara səbəb olur”...
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46