 
                            
                        Rəqabət Məcəlləsinin layihəsi hazırlandı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb.
	APA-nın məlumatına görə, bu barədə Azərbaycanın 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.
	Belə ki, rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
	Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək iclaslarında müzakirəyə çıxarılacaq.
	Xatırladaq ki, Rəqabət Məcəlləsini 2006-cı ildə Prezident Milli Məclisə təqdim edib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                