
NASA Marsa ilk astronavtların göndəriləcəyi tarixi açıqladı
Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modellərini təqdim etmişdi. NASA-nın astronavtları Aya göndərmək müddəti bəlli olsa da Marsa ediləcək uçuşun müddəti hələ də müəmmalı olaraq qalırdı. Lakin bu dəfə vəziyyət də dəyişib.
Lent.az "technote"a istinadən xəbər verir ki, Belə ki, hər il keçirilən beynəlxalq astronavtika konqresi çərçivəsində NASA agentliyinin rəhbəri ilk astronavtların nə zaman Marsa yola düşəcəyi tarixi açıqlayıb.
Müxtəlif ölkələrin kosmik agentliklərinin rəhbərləri ilə görüş zamanı onlara insanın Marsa nə zaman göndəriləcəyi barəsində sual verilib. NASA agentliyinin rəhbərinin sözlərinə əsasən əgər bu məqsəd üçün bütün ölkələr birləşsələr astronavtları Marsa artıq 2035-ci ildə göndərmək mümkün olacaq. “Əgər biz, Aya eniş prosesini sürətləndiririksə deməli Marsa uçuşu da sürətləndiririk. Əgər bizim yetəri qədər vəsaitimiz olsaydı mən güman edərdim ki, artıq 2035-ci ildə Marsa ilk astronavtlar yollana biləcəklər” - deyə NASA rəhbəri qeyd edib.
Qeyd etmək lazımdır ki, hal hazırda NASA üçün ən prioritetli layihə məhz Artemida layihəsidir. Bu layihə çərçivəsində astronavtlar yenidən Aya uçacaqlar. Lakin bu dəfə onların arasında ilk dəfə qadın astronavt da Ay səthinə ayaq basacaq. Sözügedən missiya 2024-cü ildə reallaşdırılacaq. NASA rəhbəri ümid edir ki, artıq 2028-ci ilə kimi onlar Ayda öz mövqelərini gücləndirərək insanların orda mütəmadi yerləşməsini təmin edəcəklər.
Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23