Kinorejissor Əjdər İbrahimovun xatirəsi anılacaq
22 oktyabr 2019 09:35 (UTC +04:00)

Kinorejissor Əjdər İbrahimovun xatirəsi anılacaq

Oktyabrın 29-da Nizami Kino Mərkəzində Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Xalq artisti, görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100 illiyi qeyd olunacaq.

 

Lent.az xəbər verir ki, tədbirdə özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizi zənginləşdirən Əjdər İbrahimovun həyat yolundan və yaradıcılıq axtarışlarından danışılacaq.

 

Qeyd edək ki, çəkdiyi hər bir ekran əsəri kinosevərlər üçün məktəbə çevrilən, minlərlə tamaşaçı zövqünü formalaşdıran görkəmli kino xadiminin yaradıcılıq filmoqrafiyasını 10-dan artıq film təşkil edir.

# 612
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar