
Qarabağ qazilərindən ibarət yığma komandaya “MGP”-dən böyük jest
“Maşın” şounun 18-ci sürətinin final günü canlı yayımda böyük bir hadisə yaşanıb. Lent.az xəbər verir ki, “M Group Production” Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasına 30 nəfərlik böyük bir nəqliyyat vasitəsi – avtobus hədiyyə edib.
Şounun aparıcısı Murad Dadaşov “Maşın”ın 16-cı sürətinin qalibi olan Roza Zərgərlinin avtomobildən imtina etdiyini xatırladaraq deyib:
“Roza Zərgərli maşını qazandı, lakin ondan imtina etdi və “MGP”ə həvalə etdi. Lakin futbol komandası 3-5 nəfər deyil ki, bir avtomobilə sığsın. Ona görə də mən həmin o avtomobili bizə təqdim edən şirkətlə danışdım və həmin şirkət bizə bu avtomobilin əvəzinə onun dəyərini ödəməyə razı oldu. Həmin o vəsaiti də götürüb “MGP” şirkətinin adından çatışmayan məbləği də əlavə edib bir avtobus aldıq.
Bu andan etibarən Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının öz nəqliyyat vasitəsi- öz avtobusu var”.
Bu sözlərdən sonra Murad Dadaşov avtobusun açarlarını Federasiyanın rəhbərliyinə təqdim edib.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21