
Azərbaycanın Neft Fondu Milandakı daşınmaz əmlakını satdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.
ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, “Palazzo Turati” ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 mln. avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir.
“Ümumilikdə biz bu daşınmaz əmlakın satışını uğurlu hesab edirik. Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-in daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”, - Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17