“6G” texnologiyasının tədqiqinə başlanıldı: <span style="color:red;">ən azı bu müddətə...
17 oktyabr 2019 19:06 (UTC +04:00)

“6G” texnologiyasının tədqiqinə başlanıldı: ən azı bu müddətə...

 
Yaxın onillikdə məlumatların ötürülməsində qabaqcıl "5G" ilə müqayisədə daha səmərəli və daha sürətli olacaq altıncı nəsil (6G) şəbəkə texnologiyası əlçatan ola bilər.
 
Lent.az "ictnews"a istinadla xəbər verir ki, bu barədə "Huawei" şirkətinin baş direktoru Jen Çjenfey bildirib.
 
O, əlavə edib ki, artıq "6G" texnologiyasının tədqiqatına başlanılıb və ən azı 10 il sonra sözügedən texnologiya praktik istifadə üçün əlçatan olacaq.
 
Həmçinin Çjenfey öz narahatçılığını da bildiri:
 
"ABŞ "Huawei" şirkətinə qarşı məhdudiyyətləri 3-5 il qüvvədə saxladığı təqdirdə şirkəti "5G" texnologiyasının inkişafı sahəsində lider mövqeyini itirə bilər".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar