"Aşqabad danışıqlarının nəticələri pis deyil" - Rusiyalı həmsədr
17 oktyabr 2019 13:13 (UTC +04:00)

"Aşqabad danışıqlarının nəticələri pis deyil" - Rusiyalı həmsədr

ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib.
 
APA-nın məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri bu gün yekunlaşır.
 
O, srağagün İrəvanda Ermənistan rəhbərliyi, xarici işlər naziri, müdafiə naziri ilə görüşdüklərini deyib: "Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük. Eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümüz oldu. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəfləri dinlədik. Bundan başqa, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Aşqabadda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, Aşqabad danışıqlarının nəticələri pis deyil”.
# 592
avatar

Oxşar yazılar