Müğənni Elçinin oğlu ölümdən döndü: <span style="color:red;">"Bir neçə saniyə səsi çıxmadı" -<span style="color:red;"> VİDEO
16 oktyabr 2019 17:51 (UTC +04:00)

Müğənni Elçinin oğlu ölümdən döndü: "Bir neçə saniyə səsi çıxmadı"- VİDEO

Müğənni Elçin Hüseynovun oğlu Əli ölümdənm dönüb.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Şou ATV”də danışıb:

“2 qızım, 2 oğlum var. Balaca oğlum Əli günlərin bir günü çox pis yıxıldı, başı yerə dəydi. Hədsiz qorxdum.  Həmin an oğlumun bir neçə saniyə səsi çıxmadı. Elə bildim ki, oğluma nəsə olub. Qucağıma götürdüm, bağrıma basdım. Sonradan nəfəs aldı, düzəldi. Övladı hər şeydən çox istəyirəm. Allah olmayanlara qismət eləsin. Övlad şirin paydır".

Müğənni sonra bildirib ki, nəsllərində incəsənətlə məşğul olan yeganə insandır:

“Heç kimin ağlına gəlməzdi ki, ailəmizdə müğənni olar. Qazandığım ilk pulu anam üçün xərcləmişəm. Gecə saat neçədə evə gəlməyimdən aslı olmayaraq, əvvəlcə yaxınlaşıram, əllərindən öpürəm. Allah o sevgimizi bizdən almasın”.

Elçin bu gün trenddə olan musiqilərdən də söz açıb:

“Musiqinin başqa istiqamətə getməsi, ürək ağrısıdır. İndi daha çox o üslubda oxuyurlar. Adam da baxır ki, bunun nəyinə qulaq asırlar? Bu da müvəqqətidir. Mənim hər şeyimi təkrarlayanlar var. Amma qulağıma çatır ki, məni bəyənmirlər. Onlar mənim "kitayski" versiyalarımdır”.  

 

# 2014
avatar

Yalçın UĞUR

Oxşar yazılar